Azərbaycanın veteran futbolçusu, “Neftçi”nin əfsanəvi hücumçusu olmuş Samir Ələkbərov baş məşqçi təyin olunub.
Sportliqa.az xəbər verir ki, 57 yaşlı mütəxəssis 1-ci liqa təmsilçisi "Baku Sportinq"i çalışdracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Azərbaycan millisinin keçmiş üzvü 2019-cu ildən "Baku Sportinq"dədir. O, Buzovna təmsilçisinin akademiyasında koordinator vəzifəsində çalışırdı.S.Ələkbərov indiyə qədər "Neftçi", "Xəzər Lənkəran", "Sumqayıt" və "İrəvan" klublarında işləyib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az