“Sabah” klubunun hücumçusu Xəyal Əliyev əməliyyat olunub.
Sportliqa.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib. Futbolçu arxa bud əzələlərinin ümumi vətərinin tam qopması səbəbindən cərrahi əməliyyat keçirib.
Madrid şəhərindəki klinikalardan birində baş tutan əməliyyat uğurla yekunlaşıb. Məlumatda Xəyal Əliyevin yaşıl meydanlara nə zaman dönəcəyi açıqlanmayıb.
Xatırladaq ki, X.Əliyev bugünlərdə Azərbaycan - Malta yoxlama matçında zədə alıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az