Türkiyə yığması mundiala məğlubiyyətlə başladı
Bu gün DÇ-2026-nın qrup mərhələsi çərçivəsində 4 oyun keçirilir.
Sportliqa.az xəbər verir ki, Türkiyə millisi də bu gün mundialda mübarizəyə başlayıb.
Vinçenso Montellanın komandası D qrupunda Avstraliya ilə qarşılaşıb. Beləliklə, qardaş ölkənin millisi 24 il sonra ilk dəfə dünya çempionatında oyuna çıxıb. Görüş isə Avstraliyanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
C qrupunda isə Braziliya Mərakeşlə üz-üzə gəlib (1:1). Haiti Şotlandiya ilə qarşılaşıb. E qrupunda isə Almaniya yığması Kürasaonu sınağa çəkəcək.
14 iyun
D qrupu
08:00. Avstraliya – Türkiyə - 2:0
Qollar: Nestori İrankunda, 7, Konnor Metcalfe, 75