Azərbaycan şahmatçısı Özbəkistanda 1-ci olub
Özbəkistanda təşkil edilən "UzChess Cup" ənənəvi beynəlxalq şahmat turniri sona yaxınlaşır.
Sportliqa.az xəbər verir ki, son tur ərəfəsində "Challenge" bölməsində qalib məlum olub. 7 turda maksimum xal toplayan Azərbaycan çempionu Məhəmməd Muradlı birinci pillədə yerini təmin edib. Aktivində 7 xal olan M.Muradlı sabah son turda Özbəkistan şahmatçısı Jakhongir Vakhidovla mübarizə aparacaq.
Nəticədən asılı olmayaraq Məhəmməd Muradlı yarışda birinci pilləni qoruyacaq.