“Şamaxı” klubu yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Sportliqa.az xəbər verir ki, bölgə təmsilçisi Ceyhun Bağırzadəni transfer edib. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Azərbaycan U-21 millisinin üzvü növbəti iki mövsümü "Şamaxı"da keçirəcək.
Ceyhun Bağırzadənin son komandası isə "Qəbələ-2" olub.
Xatırladaq ki, "Şamaxı" bunadək Azər Bağırov (baş məşqçi, "Kəpəz"), Sənan Muradlı ("Sumqayıt" - icarə) Emin Rüstəmov ("Karvan-Yevlax") Uğur Cahangirovu ("Karvan-Yevlax") kluba cəlb edib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az