Bu gün UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün 2-ci təsnifat mərhələsinin püşkü atılacaq.
Sportliqa.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında keçiriləcək püşkatmada Azərbaycan təmsilçisi "Neftçi"nin də rəqibi bilinəcək. Püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Artıq potensial rəqiblərin sayı azalıb. "Ağ-qaralar"ın 5 mümkün rəqibi:
"Ludoqorets" (Bolqarıstan)
"Rakuv" (Polşa)
"Apollon" (Kipr)
1-ci təsnifat mərhələsinin "Dinamo" (Albaniya) - "Astana" (Qazaxıstan) cütünün qalibi
"Dinamo" (Belarus) - "Sileks" (Şimali Makedoniya) cütlərinin qalibi
Qeyd edək ki, UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün 2-ci təsnifat mərhələsinin matçları iyulun 23-də və 30-da keçiriləcək.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az