"Sabah"ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Sportliqa.az xəbər verir ki, bu mərhələnin püşkü İsveçrənin Nyon şəhərində atılıb.
Səpələnməmişlər səbətində yer alan "Sabah" 1-ci mərhələdə TNS-si (Uels) keçərsə, 2-ci mərhələdə "Vardar" (Şimali Makedoniya) - "Kups" (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. "Sabah" ilk oyunu evdə keçirəcək.
Qeyd edək ki, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları 21/22 iyulda, cavab matçları 28/29 iyulda keçiriləcək.