Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışında olan Azərbaycanın 20 yaşadək oğlan basketbolçulardan ibarət yığması iki yoxlama matçında qələbə qazanıb.
Bu barədə Sportliqa.az-a Azərbaycan Basketbol Federasiyasından bildirilib.
Anar Sarıyevin rəhbərlik etdiyi komanda Gürcüstanın U-18 (86:64) və U-20 (75:69) yığmalarını məğlub edib.
Toplanışın əsas məqsədi iyulun 10-19-da Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək Avropa çempionatının B divizionunun oyunlarına hazırlaşmaqdır.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az