"Sabah" və "Qarabağ"ın cütünün məğlublarının rəqibləri
UEFA Konfrans Liqasında 2-ci mərhələnin püşkü atılıb.
Sportliqa.az xəbər verir ki, püşk zamanı Çempionlar Liqasında yarışacaq "Sabah" (Azərbaycan) - TNS (Uels) cütünün məğlubu ilə Avropa Liqasında mübarizə aparacaq "Qarabağ" (Azərbaycan) - "Vestri" (İslandiya) cütünün məğlubunun da rəqibləri müəyyənləşib..
"Sabah" TNS-ə uduzarsa, KL-də 2-ci mərhələdə “Flora” (Estoniya) – “İberia 1999” (Gürcüstan) cütünün məğlubu ilə qarşılaşacaq.
"Qarabağ" isə "Vestri" səddini keçə bilməyəcəyi halda KL-də 2-ci mərhələdə "Qlentoran" (Şimali İrlandiya) – RFS (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək.
Xatırladaq ki, ÇL-ə birinci mərhələdən başlayan cütlüklərin məğlubu mübarizəni Avropa Liqasında deyil, KL-də davam etdirir. Yalnız ÇL-də 2-ci mərhələnin məğlubu uduzacağı halda Avroliqanın 3-cü mərhələsinə düşür.