Azərbaycan boksçuları iyunun 18-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda start götürəcək Olimpiya ümidləri turnirdə iştirak edəcəklər.
Sportliqa.az xəbər verir ki, üç gün davam edəcək yarışda millimiz 2 yaş kateqoriyasında mübarizə aparacaq.
U-19-lar arasında rinqə Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Əli Baxışov (60 kq), Şahin Aslanov (65 kq), Rza Rzayev (70 kq), Səftər Məmmədzadə (+90 kq) və Gülər Hüseynova (51 kq) çıxacaqlar. U-17-lərin yarışında isə Aysel Fərəcova (46 kq), Aydan İsmayıllı (48 kq), Fatimə Məmmədli (50 kq), Cəmilə Muradlı (57 kq), Səma Abbasova (66 kq) və Xumar Cəfərli (80 kq) qüvvələrini sınayacaqlar.
Oğlan boksçular beynəlxalq turnirdə baş məşqçi Elbrus Rzayevin, qızlar isə baş məşqçi İlkin Ağayevin rəhbərliyi altında çıxış edəcəklər. Nümayəndə heyətinə Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin üzvü Rövşən Hüseynov rəhbərlik edəcək.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az