Portuqaliya yığmasının yarımmüdafiəçisi Vitinya 2026-cı il dünya çempionatında Konqo yığması ilə matçda (1:1) ötürmə sayı üzrə rekordu yeniləyib.
Sportliqa.az xəbər verir ki, bu barədə "Opta" statistika platforması məlumat yayıb.
Ulduz futbolçu DÇ-2026-nın qrup mərhələsinin 1-ci turu çərçivəsində keçirilən görüşün 83 dəqiqəsi ərzində 128 ötürmə edib və bunlardan 121-i dəqiq alınıb. Hər iki göstərici statistikanın aparıldığı 1966-cı ildən bəri dünya çempionatları tarixində meydanda 90 dəqiqədən az daxil olan oyunçular arasında ən yüksək nəticə kimi tarixə düşüb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az