“Səbail”in yeni baş məşqçisi açıqlanıb
– RƏSMİ
“Səbail”in yeni baş məşqçisi müəyyənləşib.
Sportliqa.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Baş məşqçi vəzifəsinə Elnur Abdullayev təyin edilib. 40 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. O, bu vəzifədə Adil Şükürovu əvəzləyib.
Qeyd edək ki, Elnur Abdullayevin son iş yeri 2-ci liqada çempion olduğu “Şahdağ Qusar” komandası olub.