Dünya çempionatı davam edir.
Sportliqa.az xəbər verir ki, bu gün 2-ci turun daha 3 oyunu keçirilib.
Hər üç qarşılaşmada mundiala ev sahibliyi edən ölkələrin millisi meydana çıxıb. A qrupunda mübarizə aparan Meksika Cənubi Koreyaya 1:0 hesabı ilə qalib gələrək 1/16 finala yüksələn ilk komanda olub.
B qrupunda Kanada Qətəri darmadağın edib - 6:0.
D qrupunda isə ABŞ Avstraliya ilə qarşılaşıb. Matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:0. Ardıcıl ikinci qələbəsini qazanan ABŞ yığması son turun nəticəsindən asılı olmayaraq "pley-off"a adlayıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az