“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Sportliqa.az xəbər verir ki, Rodriqo Fernandeş bundan sonra Azərbaycan çempionunun uğurları üçün çalışacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb. Fernandeş son olaraq “Şamaxı” klubunun formasını geyinib.
“Sportinq” klubunun yetirməsi olan Rodriqo bu klubun əsas və əvəzedici komandasında çıxış edib. O, həmçinin, “Portu”nun əvəzedici komandasında da forma geyinib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az