“Neftçi” klubu yeni mövsüm üçün növbəti transferini həyata keçirib.
Sportliqa.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Braziliyalı yarımmüdafiəçi Qustavo Klisman Dimaraeş Miranda artıq “Neftçi” ailəsinin üzvüdür. 26 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb. O, 20 nömrəli formanı geyinəcək.
Karyerasının böyük hissəsini Portuqaliyada keçirən Klisman 2025-ci ildə icarə əsasında Yaponiyanın “Vissel Kobe” klubunda çıxış edib. O, sonuncu klubu “Santa Klara”nın heyətində 74 oyun keçirib, 3 qol və 7 məhsuldar ötürmə müəllifi olub.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az