Çinin Quyyan şəhərində boks üzrə dünya kubokunda yarımfinal döyüşlərinə yekun vurulub.
Sportliqa.az xəbər verir ki, reytinq xarakterli yarışda Azərbaycan millisinin bir idmançısı finala yüksəlib.
Səidcəmşid Cəfərov (75 kq) yarımfinalda Qabriel Quidi Rontaniyə (İtaliya) heç bir şans verməyib. Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 4:1 (28:29, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə qələbə qazanıb. O, sabah keçiriləcək finalda Rami Kiuanla (Bolqarıstan) qarşılaşacaq.
Digər boksçularımızdan Murad Allahverdiyev (80 kq) və Alfonso Dominqes (90 kq) Dünya kubokunu bürünc medalla başa vurublar.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az