“Zirə” yeni futbolçu ilə anlaşıb.
Sportliqa.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Paytaxt təmsilçisi brazilyalı Maykon Kleytonu heyətinə qatıb. Qapıçıyla 2 illik müqavilə bağlanılıb.
27 yaşlı futbolçu daha əvvəl ölkəsinin “Santa Kruz”, “Redd Bull Braqantino”, “Vitorio”, “Seara” və Portuqaliyanın “Portimonense” klublarında çıxış edib.
Xatırladaq ki, klub daha öncə Amin Seydiyevi heyətinə cəlb edib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az