"Qarabağ" klubu Bədavi Hüseynovla müqavilənin müddətini uzadıb.
Sportliqa.az xəbər verir ki, Ağdam təmsilçisi Azərbaycan millisinin müdafiəçisi ilə yeni 1 illik sözləşmə imzalayıb.
2012-ci ildən "atlılar"ın formasını geyinən Azərbaycan millisinin üzvü Premyer Liqada 267 oyunda 5 qol vurub.
O, 11 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub.
Bədavi yığmanın heyətində 82 oyun keçirib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az