2026/27 mövsümünün transfer çalışmalarını davam etdirən “Qarabağ” növbəti futbolçu keçidini gerçəkləşdirib.
Pressing.az xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.
Xorvatiyanın “Riyeka” klubu ilə danışıqlar uğurla yekunlaşıb və qapıçı Martin Zlomisliç “Qarabağ”a transfer olunub. Bosniya və Herseqovinalı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb. 27 yaşlı qolkiper yeni komandasında 23 nömrəli formanı geyinəcək.
“Şiroki Briyeq” klubunun yetirməsi olan qapıçı 2017-ci ildə əsas komandada debüt edib. Martin Zlomisliç 2021-ci ildə “Riyeka”ya keçib.
Bosniya və Herseqovinanın U-19 və U-21 yığmalarında çıxış etmiş qolkiper 2024-cü ildən əsas millidə forma geyinir. Millidə 3 oyuna çıxan Martin Zlomisliç hazırda ABŞ, Meksika və Kanadada keçirilən dünya çempionatında iştirak edən Bosniya və Herseqovina millisinin heyətində yer alıb.
Qeyd edək ki, Martin Zlomisliç yay transfer pəncərəsində “Qarabağ”ın beşinci transferidir. Daha əvvəl Jali Mauddib, Zakaria Savo, Samuel Lobato və Bruno Lanqa “Qarabağ”a qoşulub.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az