Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışında olan “Sabah”ın hazırlıq planı müəyyənləşib.
Sportliqa.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Paytxt təmsilçisi hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirəcək. Komandanın ilk rəqibi Rumıniyanın “Universitatya Krayova” klubu olacaq. Matç iyunun 24-də keçiriləcək.
“Sabah” iyunun 28-də Macarıstanın “Ferentsvaroş”, iyulun 2-də isə Ukraynanın “Polissya” komandaları ilə qarşılaşacaq.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az