“Neftçi” klubu 2026-cı il yay transfer dönəmində sayca üçüncü keçidini rəsmiləşdirib.
Sportliqa.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qvadelupalı müdafiəçi Endryu Qravilyon “ağ-qaralar”ın yeni üzvüdür. 28 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb. O, 55 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Qravilyon İtaliya, Fransa və Türkiyə liqalarında oynayıb. O, Qvadelupa milli komandasının heyətində 19 matça çıxıb, 2 qol vurub.
Xatırladaq ki, "Neftçi" buna qədər Rüfət Abbasov və Qustavo Klismanı da transfer etmişdi.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az