Dünya çempionatında Türkiyə yığması ABŞ ilə üz-üzə gəlib.
Sportliqa.az xəbər verir ki, Los-Anceles stadionunda keçirilən D qrupunun 3-cü turunun matçında “ay-ulduzlular” 3:2 hesablı qələbəyə seviniblər.
Avropa təmsilçisinin heyətində Arda Gülər (10), Barış Alper Yılmaz (31) və Kaan Ayhan (90+8) diqqət mərkəzinə düşüblər. Amerikalıların qollarını isə Oston Trasti (3) və Sebastyan Berhalter (49) vurublar.
ABŞ 6 xalla qrupu birinci sırada başa vurub. Komanda pley-off mərhələsində Bosniya və Herseqovina seçməsi ilə qarşılaşacaq. Türkiyə isə ilk iki görüşdə məğlub olduğu üçün qrupu sonuncu pillədə başa vurub və mundialla vidalaşıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az