“Zirə”nin Konfrans Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstan “Torpedo”su ilə keçirəcəyi oyunlara hakim təyinatları açıqlanıb.
Sportliqa.az xəbər verir ki, iyulun 8-də Sumqayıtda oynanılacaq “Zirə” – “Torpedo” görüşünü finlandiyalı hakimlər briqadası idarə edəcək.
Baş hakim Yani Hüytiya yan xətdə Veli-Matti Leppenen və Yusso Mantere köməklik edəcək. Dördüncü hakim isə Peyman Simani olacaq. Oyun 20:00-da başlayacaq.
Komandalar arasında Gürcüstanda keçiriləcək cavab matçını isə macarıstanlı hakimlər briqadası idarə edəcək. Baş hakim Mihali Kapraya yan xətdə İstvan Albert və Bense Belitsa köməklik edəcək. Dördüncü hakim isə Marsel Derdak olacaq.
İyulun 16-da Kutaisidə keçiriləcək "Torpedo" - "Zirə" oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az