UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək "Sabah" - TNS oyununa indiyədək 3000 bilet satılıb.
Sportliqa.az xəbər verir ki, "bayquşlar"a qitənin birinci dərəcəli klub turnirində dəstək olmaq istəyənlər biletləri iTicket.az saytından, həmçinin "Bank Respublika Arena"nın kassalarından əldə edə bilərlər.
Xatırladaq ki, Azərbaycan çempionunun Uels təmsilçisi ilə matçı iyulun 7-də, saat 20:00-da start götürəcək.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az