“Sabah” ÇL-dəki debütündə qələbə qazandı
Bu gün UEFA Çempionlar Liqasında 2026/27 mövsümünə start verilib.
Sportliqa.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Sabah” 1-ci təsnifat mərhələsində TNS-lə üz-üzə gəlib və 2:0 hesabı ilə qalib gəlib.
Bu, tarixində ilk dəfə Çempionlar Liqasına qatılan "Sabah"ın sözügedən yarışda debüt oyunu olub.
UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyun
7 iyul
20:00. “Sabah” (Azərbaycan) - TNS (Uels) - 2:0
Ool: Velko Simiç, 66, Kaheem Parris, 83
Qırmızı vərəqə: Stiv Solve, 90+2 ("Sabah")
Baş hakim: Patrik Qriskieviç (Polşa)
Masazır stadionu
Qeyd edək ki, komandalar arasındakı cavab oyunu iyulun 14-də Osvestridəki (İngiltərə) "Park Hall"da keçiriləcək.