KL: “Zirə”dən ilk oyunda böyükhesablı qələbə
Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçilərindən olan “Zirə” bu gün yarışda mübarizəyə başlayıb.
Sportliqa.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda birinci təsnifat mərhələsində Gürcüstanın “Torpedo” komandası ilə qarşılaşıb. Matç "Zirə"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Kutaisi təmsilçisi 2025-ci ildə Gürcüstan yüksək liqasını 3-cü yerdə başa vuraraq 2026/27 mövsümü üçün KL-də oynamaq hüququ qazanıb.
8 iyul
20:00. “Zirə” (Azərbaycan) - “Torpedo” (Kutaisi, Gürcüstan) - 3:0
Qol: Ruan Renato, 32, Davit Volkov, 47, Ruan Renato, 63-pen.
Baş hakim: Yoni Hyuyutiya (Finlandiya)
Qeyd edək ki, bu komandalar arasında cavab matçı iyulun 16-da Kutaisidə keçiriləcək.
Xatırladaq ki, Azərbaycanın KL-dəki digər təmsilçisi “Neftçi” isə yarışa ikinci təsnifat mərhələsindən başlayacaq.