Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-20 Avropa çempionatı davam edir.
Sportliqa.az xəbər verir ki, Azərbaycan komandası daha bir medal qazanıb.
Üçüncü yarış günündə final görüşünə çıxan Günay Qurbanova (59 kq) isveçli Karin Samuelssona 2:10 hesabı ilə uduzaraq gümüş mükafatla kifayətlənib.
Qadınlardan digər təmsilçimiz Ruzanna Məmmədova (62 kq) da azı finala çıxmaqla gümüş medalı təmin edib.
Zəhra Kərimzadə (72 kq) isə bu gün bürünc medal uğrunda güləşəcək.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az