Azərbaycanın qızlardan ibarət U-20 basketbol yığması FIBA Avropa çempionatının B divizionunda sonuncu oyununa çıxıb.
Sportliqa.az xəbər verir ki, komanda İsveçrə ilə qarşılaşıb.
Bolqarıstanın Samokov şəhərində baş tutan görüş rəqibin qələbəsi ilə yekunlaşıb – 63:56.
Beləliklə, Azərbaycan millisi turniri 11-ci pillədə başa vurub.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az