Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən güləş üzrə U20 Avropa çempionatına yekun vurulub.
Sportliqa.az xəbər verir ki, sərbəst güləş üzrə millimiz qitə birinciliyində tarixi uğura imza atıb.
Yığmamız 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb və 170 xal toplayaraq komanda hesabında Rusiyadan (194) sonra ikinci yeri tutub. Ermənistan (118) isə üçüncü pillədə qərarlaşıb.
Millimiz bu nəticəylə 2 rekordu yeniləyib. Belə ki, gənclərdən ibarət komandamız medalların sayına və topladığı xala görə özünün ən yaxşı nəticəsinə imza atıb.
Xatırladaq ki, böyük məşqçi Əşrəf Əliyev, məşqçilər Rövşən Hacıyev, Nazim Əlicanov və Əsgərxan Novruzovun rəhbərliyi altında Hacı Kərimov (70 kq) və Yusif Dursunov (125 kq) qızıl, Camal Abbasovla (61 kq) Nurlan Ağazadə (74 kq) gümüş, Muhəmməd İsmayılov (57 kq), Bəşir Verdiyev (65 kq), Məhəmməd Abbaszadə (86 kq) və Fərhad Süleymanlı (97 kq) isə bürünc medal qazanıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az