Türkiyənin "Trabzonspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportliqa.az xəbər verir ki, Super Liqa təmsilçisini Abdullah Avcı çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
60 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.
Qara Dəniz təmsilçisi bu gün xorvatiyalı məşqçi Nenad Byelitsa ilə yollarını ayırmışdı.
Qeyd edək ki, Abdullah Avcı 2020ci ilin noyabr ayından 2023-cü ilin martınadək "Trabzonspor"u çalışdırmışdı. O, komanda ilə bir Super Liqa çempionluğu, iki Türkiyə Super Kuboku qazanıb.