"İlk dəqiqələrdən rəqibin fərqli taktika ilə oynaması bizə biraz çətinlik yaşatdı. Lakin futbolçularım yaxşı reaksiya göstərdilər".
Sportliqa.az xəbər verir ki, bu sözləri "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsində "Torpedo"ya 3:0 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra deyib.
Mütəxəssisin komandası ümumilikdə 6:0 hesablı üstünlüklə 2-ci mərhələyə adlayıb. O, komandasının uğurunu belə şərh edib:
"İlk hissədə vacib 2 qol vurduq. Klub rəhbərliyini və azarkeşləri qələbə münaibətilə təbrik edirəm. Püşkdən əvvəl "Torpedo" klubu ilə qarşılaşmaq istəmirdik. Tarixi ənənələri var və Gürcüstan çempionatında yaxşı çıxış edirlər. Avrokubok təcrübələri də mövcüd idi. Hər şey bizim üçün uğurlu alındı və mərhələ adlaya bildik".
Qeyd edək ki, "Zirə" 2-ci təsnifat mərhələsində "Payde" (Estoniya) ilə qarşılaşacaq.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az