"Qremio"da çıxış edən Luis Suares yenidən Avropaya qayıda bilər.
Sportliqa.az xəbər verir ki, uruqvaylı hücumçunun xidmətində "Qalatasaray" maraqlıdır. Türkiyə klubu 36 yaşlı forvardla danışıqlara start verib.
Suaresi heyətinə qatmaq istəyən klublardan biri də Lionel Messinin formasını geyindiyi "İnter Mayami"dir. Təcrübəli futbolçu ABŞ klubuna keçməsə, "Qalatasaray"ın təklifini qəbul edəcək.
Qeyd edək ki, Luis Suares bu ilin yanvar ayında "Qremio"ya keçib. Ulduz futbolçu Braziliya təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 18 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi dekabr ayının sonunda başa çatır.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.