“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Sportliqa.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi cinah müdafiəçisi Abdul Raşid Muminini heyətinə qatıb. Benin yığmasının üzvü ilə iki illik (1+1) müqavilə imzalanıb.
Qeyd edək ki, 21 yaşlı futbolçunun son klubu “Sumqayıt” olub.
Xatırladaq ki, "Şamaxı" bunadək Azər Bağırov (baş məşqçi, "Kəpəz"), Sənan Muradlı ("Sumqayıt" - icarə) Emin Rüstəmov ("Karvan-Yevlax") Uğur Cahangirov ("Karvan-Yevlax"),Ceyhun Bağırzadə ("Qəbələ"), Okan Təhməzli ("Qəbələ"), Hacıəli Şirəliyev ("Difai") Emil Süleymanov, ("Qəbələ"), Nicat Qaragözlü (son klubu "Neftçi"), Joao Oliveira (“Sao Joao de Ver”, Portuqaliya), Teshager Degu (son klubu “İroni”, İsrail) və Tornike Akhvlediani (“İberiya 1999”, Gürcüstan) kluba cəlb edib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az