Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportliqa.az xəbər verir ki, toplantıda Əvəzedicilər Liqasının IX turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Sumqayıt-2” – “Kəpəz-2” oyununun 59-cu dəqiqəsində “Kəpəz-2” komandasının 2 nömrəli futbolçusu Nicat Verdiyev qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanır, “Kəpəz-2” komandası 200 manat cərimə edilir (maddə 43.1);
“Zirə-2” – “Turan Tovuz-2” oyununda “Turan Tovuz-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz-2” komandası 70 manat cərimə edilir (maddə 37);.
“Qəbələ-2” – “Səbail-2” görüşündə hakim-inspektor oyunun videoyazısı ilə təmin edilmədiyinə görə “Qəbələ-2” komandası 50 manat cərimə edilir (maddə 77.2).