Azərbaycanın 17 yaşadək boksçuları Gürcüstanın Qori şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış ediblər.
Sportliqa.az xəbər verir ki, komandamız 5 ölkənin qatıldığı yarışda 5 qızıl, 6 gümüş və 2 bürünc medal qazanıb.
Həsrət Məmmədov (46 kiloqram), İsmayıl Nəsirzadə (52 kiloqram), Əli Abaslı (60 kiloqram), Yusif Həsənli (66 kiloqram) və Şükar Əliyev (80 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Vaqif Məhəmmədli (50 kiloqram), Qardaş Rəhimov (54 kiloqram), Əli Camalzadə (57 kiloqram), Yusif Ağakişiyev (75 kiloqram), Saleh Fərəcov (80 kiloqram), Mehran Rəsulov (+80 kiloqram) gümüş medala sahib çıxıblar.
Aydın Şahbazov (46 kiloqram) və Sabir Rüstəmov (60 kiloqram) isə üçüncü yeri tutublar.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az