ABB və "Qarabağ"nın birgə əməkdaşlığı çərçivəsində azarkeşlər üçün nəzərdə tutulan "ABB–Qarabağ" kobrend kartı rəsmən istifadəyə verilib.
"Qarabağ"ın marketinq və kommunikasiya üzrə direktoru Anar Hacıyev yeni kobrend kartının istifadəyə verilməsi ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, layihə üzərində memorandumun imzalandığı ilk gündən etibarən böyük həvəslə çalışıblar.
Hacıyevin sözlərinə görə, məqsəd "Qarabağ"ın adını və rənglərini daşıyan, eyni zamanda azarkeşlər üçün real üstünlüklər yaradan kart hazırlamaq olub. O qeyd edib ki, bu layihə klubla azarkeş arasında gündəlik və davamlı əlaqənin formalaşmasına xidmət edir.
Klub rəsmisi vurğulayıb ki, yeni kobrend kartı sayəsində azarkeşlər "Qarabağ"a bağlılıqlarını gündəlik həyatlarında da hiss edəcək, eyni zamanda klubun təqdim etdiyi müxtəlif eksklüziv imtiyazlardan yararlanmaq imkanı əldə edəcəklər. O əlavə edib ki, ABB və "Qarabağ" komandaları layihənin hər mərhələsində sıx əməkdaşlıq edərək azarkeşlərin gözləntilərinə cavab verən məhsul ortaya çıxarmağa çalışıblar.
Yeni kart sahiblərinə "Qarabağ"ın Avropa oyunlarına biletləri erkən əldə etmək imkanı, Azərbaycan çempionatı və kubokunun ev oyunlarına mövsümlük abonementlərin alınmasına 10 faiz endirim, klubun rəsmi fanşopunda (Park Bulvar filialı) bütün məhsullara 10 faiz endirim, xüsusi günlərdə əlavə endirimlər, komandanın məşqlərində iştirak, futbolçularla görüş və "Azərsun Arena" ilə klub bazasına təşkil olunan eksklüziv turlarda iştirak imkanı təqdim olunacaq.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az