Azərbaycan milli komandası Avro-2024-ün seçmə mərhələsi çərçivəsində sabah səfərdə Estoniya yığmasının qonağı olacaq
Sportliqa.az xəbər verir ki, kapitan Emin Mahmudov qarşılaşmadan öncə keçirilən mətbuat konfransında açıqlama verib:
"Bizim üçün vacib oyundur. Yaxşı nəticə ilə evə qayıtmaq niyyətindəyik. Hazırda yalnız millini düşünürəm. Milliyə maksimum xeyir vermək istəyirəm. "Neftçi" haqda komandaya qayıdandan sonra düşünəcəyəm. Sabah bizim üçün vacib gündür. Bu oyunda qələbə qazanmaq istəyirik. Digər matçlar ağır olsa da, maksimumu etmək üçün meydana çıxmalıyıq. Sabah qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az