"Təbii ki, çatışmayan məqamlar var. Bir neçə mövqe üzrə futbolçularla danışıqlar gedir. Seleksiya işlərini yekunlaşdırmaq üzrəyik".
Sportliqa.az xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Azər Məmmədov deyib.
Mütəxəssis "Şamaxı" ilə yoxlama matçından sonra fikirlərini bölüşüb:
"Bu yoxlama oyunu hazırlıq dövrünün ikinci hissəsinə təsadüf edib. Bu matçın hazırlığına 4 gün idi ki, başlamışdıq və gündə iki dəfə məşq keçirdik. Futbolçular məşqlərdə də, oyunda da özlərini yaxşı tərəfdən göstərməyə çalışırdılar".
A.Məmmədov futbolçuların fiziki vəziyyətinin yaxşılığa doğru getdiyini açıqlayıb:
"Sevindirici hal ondan ibarətdir ki, ilk görüşlə müqayisədə fiziki hazırlıq və texniki baxımdan irəliləyiş hiss olunur.
Amma daha çox çalışmalıyıq ki, çatışmayan cəhətləri aradan qaldıraq. Qəbələdə keçirilən hər iki oyunda bizi tək qoymayan azarkeşlərimizə təşəkkür edirəm".
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az