UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Orxus" (Danimarka) - "Lex" (Polşa) ilk oyunu yekunlaşıb.
Sportliqa.az xəbər verir ki, görüşdə "Lex" 4:1 hesablı qələbə qazanıb.
"Orxus"un qolunu 55-ci dəqiqədə Kristian Arnstad vurub. "Lex"in heyətində isə Patrik Valemark dubl edib (42, 65), Maykl İsak (29) və Terri Yeqbe isə (61) hərəyə 1 dəfə fərqləniblər. Həmçinin 37-ci dəqiqədə Danimarka klubunun futbolçusu Yesper Hansen qırmızı vərəqə alıb.
Komandalar arasında cavab oyunu 29 iyul tarixində Poznan şəhərində keçiriləcək.
Xatırladaq ki, bu cütün qalibi 3-cü mərhələdə "Sabah" - "KuPS" cütünün güclüsü ilə üz-üzə gələcək. “Sabah” 2-ci təsnifat mərhələsinin ilk matçında öz meydanında Finlandiya təmsilçisini 1:0 hesabı ilə məğlub edib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az