İyulun 27-dən avqustun 2-dək Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatında Ermənistan güləşçiləri də iştirak edəcək.
Sportliqa.az xəbər verir ki, bu barədə Ermənistan Güləş Federasiyası məlumat yayıb.
Məlumata görə, komanda Bakıdakı yarışa ümumilikdə 16 idmançı ilə qatılacaq. Onlardan 6-sı sərbəst, 10-u isə yunan-Roma güləşi üzrə yarışacaq.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil ediləcək yarışda 663 idmançı iştirak edəcək.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az