Azərbaycan UEFA reytinqində mövqeyini möhkəmləndirib
Azərbaycan UEFA reytinqində mövqeyini möhkəmləndirib.
Sportliqa.az xəbər verir ki, bu, UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Sabah”ın Finlandiyanın “KuPS” klubu üzərində qazandığı qələbə (1:0) sayəsində mümkün olub.
Bununla ölkəmizin hesabına daha 0,250 əmsal əlavə olunub.
Hazırda Azərbaycan əvvəlki kimi 26-cı yerdədir. Ölkəmizin ümumi əmsalı 20,312-yə yüksəlib. 25-ci pillədə qərarlaşan İsrailin 20,750, Azərbaycandan bir pillə geridə olan Slovakiyanın isə 18,750 əmsalı var.
Xatırladaq ki, bu mövsüm Azərbaycan klubları təsnifat mərhələlərində keçirdikləri 7 oyunun hamısında qələbə qazanıblar.