Emin Mahmudov “Neftçi” klubunun heyətində avrokuboklarda 10-cu qolunu vurub.
Sportliqa.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat paylaşıb.
Yarımmüdafiəçinin yubiley topu UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Dinamo” (Minsk, Belarus) ilə ilk görüşünə təsadüf edib.
Milli komandanın kapitanı “ağ-qaralar”ın heyətində çıxdığı 26-cı avrokubok görüşündə 10-cu qolunu vurub. O, Azərbaycan klublarının heyətində 10 və daha çox qol vuran 6-cı futbolçu olub.
Emin Mahmudov “Neftçi”nin qitəmiqyaslı klub turnirlərində ən məhsuldar oyunçusudur.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az