Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib.
Sportliqa.az xəbər verir ki, buna “Neftçi”nin ötən gün Bakıda keçirilən UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda Belarusun “Dinamo” (Minsk) komandasına uduzması səbəb olub.
Azərbaycan 20,312 əmsalla hazırda 26-cı pillədə qərarlaşıb. 25-ci yerdəki İsrailin 20,750 əmsalı var.
UEFA reytinqində İngiltərə (101,852) liderdir.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az