UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları keçirilib.
Sportliqa.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Vüsal İsgəndərlinin formasını geyindiyi Kosovanın "Malişeva" klubu öz meydanında Şotlandiya təmsilçisi "Hibernian"la qarşılaşıb. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Start heyətində meydana çıxan Vüsal 72-ci dəqiqədə - hesab 1:0 olarkən əvəzlənib. "Malişeva"nın qollarını Kreşnik Uka (21) və Valmir Nafiu (90) vurub.
Komandalar arasında cavab matçı iyulun 30-da Şotlandiyada keçiriləcək.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az