Bu gün Azərbaycanın çimərlik futbolu üzrə yığması növbəti yoldaşlıq oyununa çıxacaq.
Sportliqa.az xəbər verir ki, yığmamız Bakıda təlim-məşq toplanışında olan Qazaxıstan millisi ilə üz-üzə gələcək.
Görüş Su İdmanı Sarayının çimərlik futbolu meydançasında keçiriləcək. Qarşılaşmanın start fiti saat 19:00-da səslənəcək. Qeyd edək ki, bu matç hər iki komanda üçün qarşıdakı rəsmi turnirlərə hazırlıq xarakteri daşıyır.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az