Növbəti mövsümə hazırlıqlarını davam etdirən "Kəpəz" daha bir transferini reallaşdırıb.
Sportliqa.az xəbər verir ki, Gəncə təmsilçisi Kennet Kalunqanı heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı cinah yarımmüdafiəçisi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Zambiyalı futbolçunun son klubu “Mingəçevir” olub.
Qeyd edək ki, "Kəpəz" bu yay Rojerio Santos (son klubu "İroni Tiberias", İsrail), Vadim Abdullayev (son klubu "Karvan-Yevlax") və Azuma Abubakarı (son klubu “Lustenau”, Avstriya) da transfer edib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az