“Şahdağ Qusar” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Sportliqa.az xəbər verir ki, Şimal təmsilçisi kamerunlu yarımmüdafiəçi Arsene Daudanı heyətinə qatıb.
Bu barədə 1-ci liqa klubunun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Arsenenin son klubu 1-ci Liqa təmsilçisi “Cəbrayıl” olub.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az