Azərbaycanın basketbol üzrə oğlanlardan ibarət U-18 millisi Avropa çempionatının B divizionunda növbəti oyununu keçirib.
Sportliqa.az xəbər verir ki, Xorvatiyada təşkil olunan qitə birinciliyində yığma İslandiya seçməsi ilə üz-üzə gəlib. Azərbaycan millisi bu görüşdə rəqibinə məğlub olub – 95:56.
Komanda qrupda daha əvvəl keçirdiyi görüşlərdə Polşa millisinə 60:70 hesabı ilə məğlub olub. Ukraynanı isə (77:68) üstələyib. U-18 qrupda növbəti oyununu iyulun 28-də, saat 12:30-da Portuqaliya seçməsinə qarşı keçirəcək.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az