"Sabah" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Finlandiyada "KuPS"u 2:0 hesabı ilə məğlub edib.
Sportliqa.az xəbər verir ki, Azərbaycan çempionu iki görüşün nəticəsinə əsasən III raunda vəsiqə qazanıb.
Bu nəticədən sonra Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv artıq UEFA Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanıb. Masazır təmsilçisi tarixi ərzində ilk dəfə avrokubokların əsas mərhələsində iştirak edəcək.
Qeyd edək ki, "Sabah" Çempionlar Liqasının III raundunda "Lex" (Polşa) - "Orxus" (Danimarka) cütünün qalibi ilə üz-üzə gələcək.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az