“Kəpəz” heyətinə daha bir futbolçu cəlb edib.
Sportliqa.az xəbər verir ki, Adama Niane bu klubun şərəfini qoruyacaq.
Hücumçu mövqeyində oynayan Niane ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Malili forvardın son klubu İranın “Nassaji” komandası olub. Daha çox Fransa və Belçika çempionatlarında top qovan Adama “Nant”, “Trua”, “Soşo”, “Şarlerua” və “Ostende” kimi klublarda çıxış edib.
Adama Niane 7 oyunda Mali yığmasının da formasını geyinib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az